EN

“Dünyanın ən sionist prezidentiyəm”: Xavyer Mileydən QALMAQALLI ETİRAF – VİDEO

Xavyer Miley bildirib ki, dünyanın ən sionist prezidentidir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Argentina Prezidenti Xavyer Miley özünün siyasi və ideoloji mövqeyi ilə bağlı növbəti səs-küylü bəyanatını səsləndirib.

O, sionizmə olan bağlılığını və bu hərəkata verdiyi dəstəyi açıq şəkildə ifadə edərək, bu statusundan qürur duyduğunu bildirib.

“Mən dünyada ən sionist prezident olmağımla fəxr edirəm”, – Argentina lideri vurğulayıb.

O, bu açıqlaması ilə həm ölkə daxilində, həm də beynəlxalq arenada bir daha İsrailə olan qətiyyətli sadiqliyini nümayiş etdirib.

Qeyd edək ki, Xavyer Miley hakimiyyətə gəldiyi gündən bəri İsraillə strateji müttəfiqliyi və sionist idealları ön plana çıxaran xarici siyasət kursu yürüdür.

Onun bu çıxışı siyasi dairələrdə geniş müzakirələrə və müxtəlif reaksiyalara səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
58
interpress.az

1Sources