EN

İrandan Dübaya ballistik raket hücumu: Dağıntılar barədə məlumatlar var

Dübayda ballistik raket zərbələri nəticəsində güclü partlayışlar baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dübay şəhərində güclü partlayış səsləri eşidilib. Məlumata görə, partlayışlar İrandan Dübay istiqamətinə buraxılan ballistik raketlərin hədəfə çatması və ya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi nəticəsində yaranıb.

İlkin xəbərlərə görə, şəhərin bir neçə nöqtəsində dağıntılar qeydə alınıb. Sakinlər arasında böyük təşviş yaşandığı, bir çox insanın sığınacaqlara üz tutduğu bildirilir. Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya dəymiş ziyanın miqyası barədə rəsmi qurumlardan dəqiq məlumat gözlənilir.

Qeyd edək ki, regionda hərbi gərginlik ən yüksək həddə çatıb və strateji şəhərlər birbaşa hədəfə çevrilməkdədir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
126
interpress.az

1Sources