Aylardır arıqlamaq üçün hər səhər acqarına sirkə, bal, duz, limon suyu qarışımı içən xəstənin qida borusu zədələnib.
Medicina.az xəbər verir ki, bu barədə qastroenteroloq-hepatoloq Türkan Alyarova bildirib.
O, qeyd edib ki, həkim məsləhəti olmadan, müayinə olunmadan qəti şəkildə arıqlamaq üçün heç bir vasitədən istifadə etmək olmaz:
"Bu, sağlamlığa qəsdən zərər vurmaqdır".
Aygün
Medicina.az