EN

O, böyük sərvət xərclənəcək oyunçu deyil

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"O, böyük sərvət xərclənəcək oyunçu deyil"

"Barselona"nın prezidenti Joan Laporta "Atletiko"nun hücumçusu Xulian Alvaresin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, "Carpetas Blaugranas" nəşrinin yaydığı məlumata görə, klub rəhbəri argentinalı ulduzun keyfiyyətlərini yüksək qiymətləndirsə də, transferin maliyyə tərəflərinə diqqət çəkib:

"Xulian Alvares möhtəşəm oyunçudur və "Barselona"nın sisteminə mükəmməl uyğunlaşardı. Lakin o, uğrunda böyük sərvət xərclənəcək oyunçu deyil. İlk növbədə o, keçidə hazır olduğunu göstərməlidir. Həmçinin qiymət də bizim üçün məqbul olmalıdır".

Qeyd edək ki, Xulian Alvares cari mövsümdə "Atletiko"nun heyətində bütün turnirlərdə 40 matça çıxıb, 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
qol.az

2Sources