EN

Boğaz ağrısını bir günə sağaldır Bahalı dərmanlara gərək yoxdur, hər evdə var

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Boğaz ağrısı və ya ağız boşluğunda yaranan kiçik yaralar zamanı duzlu su ilə qarqara ən sınanmış üsullardan hesab olunur. Bu üsul həm əlçatandır, həm də effektivliyi elmi baxımdan izah edilir.Demokrat.az xəbər verir ki, duzlu su ağızdakı iltihabı azaldır və zərərli mikroorganizmlərin çoxalmasının qarşısını alır. Suyun tərkibindəki duz toxumalardakı artıq mayeni çəkərək şişkinliyi aradan qaldırır. Boğazda qıcıqlanma hiss edildiyi an bu üsula müraciət etmək prosesin kəskinləşmədən qarşısını ala bilər.Məhlulu hazırlamaq üçün bir stəkan ilıq suya yarım çay qaşığı duz əlavə etmək kifayətdir. Suyun qaynar olmaması vacibdir, çünki yüksək temperatur boğazın selikli qişasını zədələyə bilər. Duz tam həll olana qədər qarışdırılmalı və qarqara edildikdən sonra su udulmamalıdır. Gün ərzində bir neçə dəfə təkrarlanan bu prosedur sağalma prosesini sürətləndirir.Həmçinin oxu:

Bu ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilər

İran atəşkəs üçün əsas şərtini açıqladı

10 Martın ulduz falı — Sizə 'yaşıl' yandı, gözlədiyiniz məqam çatırBu üsul tibbi müalicəni əvəz etməsə də, köməkçi vasitə kimi olduqca faydalıdır. Əgər ağrı uzun müddət davam edərsə və ya hərarət yüksələrsə, mütləq həkim rəyi almaq lazımdır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
demokrat.az

1Sources