EN

Bu gecə edilən dualar daha tez qəbul olur İlahiyyatçı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qədr gecəsi İslam aləmində ən müqəddəs və ən fəzilətli gecələrdən biri hesab olunur. Bu gecənin min aydan daha xeyirli olduğu bildirilir və müsəlmanlar həmin vaxtı dua, ibadət və tövbə etməklə keçirməyə çalışırlar. Qədr gecəsi xüsusilə Ramazan ayının son on günlüyündə axtarılır və böyük mənəvi əhəmiyyət daşıyır. İnanca görə, bu gecə edilən duaların qəbul olunma ehtimalı daha yüksəkdir. Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Ramazan ayının son on günündə müsəlmanları düşündürən və mənəvi baxımdan ən əhəmiyyətli hesab olunan gecələr Qədr gecələridir:"Qurani Kərim bu gecənin mahiyyətini açıq şəkildə bildirir. O gecə mələklər və Ruh öz Rəbbinin izni ilə hər bir iş üçün enərlər. O gecə dan yeri sökülənə qədər salamatlıqdır. Bu ayələr göstərir ki, Qədr gecəsi təkcə bir tarix deyil, insan həyatının mənəvi istiqamətini dəyişə biləcək böyük bir fürsətdir. İslam alimləri bu ayələrə əsaslanaraq qeyd edirlər ki, min ay ifadəsi təxminən səksən ildən çox bir zaman deməkdir və bu da insan ömrünə bərabər bir müddətdir. Yəni bu gecədə edilən ibadət və dua insanın uzun bir ömür boyu etdiyi ibadət qədər savab qazandırar.Qurani Kərimdə Qədr gecəsinin başqa mühüm xüsusiyyəti də göstərilir. Bəqərə surəsinin 185-ci ayəsində bildirilir ki, Quran Ramazan ayında nazil edilmişdir və insanlara doğru yolu göstərən açıq dəlillərdir. Klassik təfsir alimləri, o cümlədən İbn Kəsir və Fəxrəddin Razi qeyd edirlər ki, Quranın nazil olmasının başlanğıcı məhz Qədr gecəsi ilə bağlıdır. Bu baxımdan Qədr gecəsi təkcə ibadət gecəsi deyil, həm də insanlıq tarixində ilahi vəhyin başlanğıcını xatırladan bir gecədir".O bildirib ki, Məhəmməd peyğəmbər (s.ə.s) Qədr gecəsinin Ramazanın son on günündə, xüsusilə tək gecələrdə axtarılmasını tövsiyə etmişdir:"Səhih Buxari və Səhih Müslimdə rəvayət edilən bir hədisdə Peyğəmbər (s.ə.s) buyurur ki, Qədr gecəsini Ramazanın son on gününün tək gecələrində axtarın. Başqa bir hədisdə isə buyurulur ki, kim imanla və savabını Allahdan umaraq Qədr gecəsini ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar. Bu hədislər göstərir ki, Qədr gecəsinin əsas mahiyyəti insanın özünü yenidən dəyərləndirməsi, tövbə etməsi və mənəvi baxımdan yenilənməsidir.Peyğəmbər (s.ə.s) bu gecələrdə xüsusi ibadətə daha çox vaxt ayırardı. Həzrət Aişə bildirir ki, Ramazanın son on günü gəldikdə Peyğəmbər (s.ə.s) gecələrini ibadətlə keçirər, ailəsini də ibadətə oyadar və ibadətdə daha ciddi olardı".İlahiyyatçı bildirib ki ki, İslam alimləri Qədr gecəsində tövsiyə edilən əməllər barədə geniş izahlar veriblər:"Ən başlıca ibadətlər namaz qılmaq, Quran oxumaq, dua etmək, zikr və istiğfarla məşğul olmaq, sədəqə vermək və insanlarla barışmaqdır. İmam Nəvəvi və Qəzali kimi alimlər qeyd edirlər ki, bu gecənin ən böyük qazancı insanın qəlbinin dəyişməsi və Allaha yönəlməsidir. Ona görə də təkcə formal ibadətlə kifayətlənmək deyil, eyni zamanda səmimi tövbə və niyyət də əsasdır.Müasir dövrdə də bir çox müsəlman alimləri Qədr gecəsinin psixoloji və sosial təsirlərinə diqqət çəkirlər. İnsan həyatında belə mənəvi gecələr dayanıb düşünmək, özünü yenidən qiymətləndirmək və mənəvi istiqamətini düzəltmək üçün bir fürsət yaradır. Psixologiya elmi də göstərir ki, insanın müəyyən zamanlarda daxili hesabat aparması və mənəvi refleksiya etməsi onun həyatına müsbət təsir edir. Bu baxımdan Qədr gecəsi həm dini, həm də insani baxımdan dərin mənəvi yenilənmə gecəsidir".O deyib ki, Azərbaycanda da Qədr gecələri tarixən xüsusi ehtiramla qarşılanıb.Həmçinin oxu:

Bu ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilər

İran atəşkəs üçün əsas şərtini açıqladı

10 Martın ulduz falı — Sizə 'yaşıl' yandı, gözlədiyiniz məqam çatır"Ənənəvi olaraq insanlar məscidlərə gedir, Quran oxuyur, dua edir, ehtiyacı olanlara yardım göstərirlər. Bir çox ailələr bu gecələrdə bir araya gələrək birlikdə dua edir, sədəqə verir və Ramazan ayının mənəvi ruhunu paylaşırlar. Tarixçilər və dinşünaslar qeyd edirlər ki, Azərbaycan cəmiyyətində Qədr gecələri təkcə dini mərasim kimi deyil, həm də mənəvi həmrəylik və mərhəmət gecəsi kimi yaşadılıb. Xüsusilə son illərdə insanlar bu gecələri daha çox Quran oxumaq, dini maarifləndirmə proqramlarında iştirak etmək və xeyriyyə işləri görməklə keçirməyə çalışırlar. Qədr gecəsi İslam düşüncəsində zamanın ən qiymətli anlarından biri hesab olunur. Bu gecə insanın öz həyatına baxdığı, səhvlərini etiraf etdiyi, bağışlanma istədiyi və gələcək üçün yeni niyyətlər etdiyi gecədir. Qurani Kərim bu gecəni min aydan daha xeyirli adlandırmaqla insanlara böyük bir fürsətin qapısını açır. Bu fürsəti dəyərləndirən insan təkcə savab qazanmaqla kifayətlənmir, həm də mənəvi baxımdan yenilənmiş bir həyata doğru addım atır"- deyə ilahiyyatçı bildirib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
95
demokrat.az

1Sources