EN

FHN Hadrut qəsəbəsində 3,8 milyon manata bina tikdirir

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından MühafizəXidmətinin (DYMX) Xocavənd rayon Dövlət Yanğından MühafizəHissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasınıntikintisinə başlanılır.

Trend-inməlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikintiİdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Məlumata görə, tikinti işlərinə 3,886 milyon manata yaxınvəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, 2020-ci ildə Xocavənd rayonunun Hadrutqəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkilolunub.

Chosen
30
az.trend.az

1Sources