EN

Qualcomm və Wayve süni intellektlə idarə olunan sürücüsüz sistem hazırlayır

ABŞ-ın texnologiya şirkəti Qualcomm və Böyük Britaniyanın sürücüsüz avtomobil startapı Wayve avtomobil istehsalçıları üçün yeni süni intellekt əsaslı sürücülük sistemi hazırlamaq məqsədilə əməkdaşlığa başlayıb.

 

Yeni platforma Wayve şirkətinin “AI Driver” proqram təminatını Qualcomm-un Snapdragon Ride avtomobil çipləri və təhlükəsizlik proqramları ilə birləşdirəcək. Bu sistem avtomobil istehsalçılarına müxtəlif modellərdə – sadə sürücüyə kömək funksiyalarından tutmuş daha inkişaf etmiş avtomatik idarəetmə imkanlarına qədər – texnologiyanı tətbiq etməyə imkan verəcək.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, hazırlanacaq sistem avtomobillərdə “əllərsiz” və gələcəkdə qaydalar imkan verdikcə “gözsüz nəzarət” rejimində idarəetmə funksiyalarını dəstəkləyə biləcək.

 

Layihənin əsas məqsədi avtomobil istehsalçılarına süni intellektlə işləyən sürücülük texnologiyalarını daha sürətli və geniş miqyasda tətbiq etməyə kömək etməkdir. Yeni platformanın həm giriş səviyyəli avtomobillərdə, həm də yüksək səviyyəli avtomatik idarəetmə sistemlərində istifadə oluna biləcəyi qeyd olunur.

Zəhra Ağayeva

Chosen
55
12
qht.az

10Sources