EN

Messi “Barselona”ya yenidən qayıtmaq üçün əlindən gələni etsə də...

Lionel Messinin yaxınları onun “Barselona”ya qayıtması ehtimalı ilə bağlı komandanın sabiq baş məşqçisi Xavi Hernandesin səsləndirdiyi fikirləri təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi son müsahibəsində argentinalı oyunçu ilə “Barsa” arasında razılıq əldə olunduğunu, ancaq son anda klubun sabiq prezidenti Xuan Laportanın bu transferdən imtina etdiyini bildirmişdi.

Messinin ətrafı “həqiqətin üzə çıxmasına sevindiklərini” deyir və əlavə edir ki, bu mövzuda hələ çox şey açıqlanmayıb.

Leo 2023-cü ildə “Barselona”ya yenidən qayıtmaq üçün əlindən gələni etsə də, sonda Laporta bu prosesi dayandırıb.

38 yaşlı futbolçu 2021-ci ildə Kataloniya klubundan ayrılıb və o vaxtdan bəri onun Laporta ilə münasibətlərinin olduqca soyuq olduğu bildirilir.

Chosen
29
sportinfo.az

1Sources