EN

Orbandan gözlənilməz açıqlama: Ukraynanın güclənməsini istəyirik, amma...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Budapeşt Ukraynanı gücləndirmək və onun Macarıstan ilə Rusiya arasında bufer zona kimi fəaliyyət göstərməsini təmin etməkdə maraqlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Biz Ukraynanın zəifləməsində maraqlı deyilik, əksinə onun möhkəmlənməsini istəyirik. Həmişə Macarıstan və Rusiya arasında bufer zona (bunu Ukrayna da adlandıra bilərik – red) olmalıdır”, – Orban deyib.

Baş nazir vurğulayıb ki, Macarıstan öz təhlükəsizliyini yalnız Rusiya ilə qonşu olmadığı təqdirdə  təmin edə bilər. O, Ukraynaya dəstək göstərməyə hazır olduğunu söyləyib. Lakin Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı olduğunu da qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
globalinfo.az

1Sources