EN

Tramp Müctəba Xamenei haqqında: "Buna inanmıram"

“Onun sülh içində yaşaya biləcəyinə inanmıram”.

Azreform.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində İranın yeni ali lideri Müctəba Xamenei haqqında danışarkən bildirib.

Trampın bu sözlərlə nəyi nəzərdə tutduğu tam aydın olmayıb. Bununla belə, ABŞ prezidenti bu təyinatdan narazılığını dəfələrlə ifadə edib və Vaşinqtonun İranın növbəti liderinin seçilməsində iştirak etməli olduğunu vurğulayıb.

“Bizim fikrimizcə, bu seçim ölkədə mövcud problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Ona görə də onların seçimindən məyus oldum”, – deyə Tramp dünən Florida ştatının Doral şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin Mücətəba Xameneinin “hədəfə çevrilib-çevrilmədiyi” ilə bağlı sualına isə Tramp bazar ertəsi belə cavab verib ki, bu mövzuda danışmaq istəmir.

“Bu, yersiz olardı. Amma baxın, mənim də belimdə hədəf var idi”, – deyə o özünə qarşı əvvəllər edilmiş sui-qəsd cəhdlərinə işarə edib.

Chosen
4
1
azreform.info

2Sources