EN

İraq baş naziri ABŞ-yə XƏBƏRDARLIQ ETDİ

İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı apararaq ölkəsinin hava məkanının qonşu dövlətlərə qarşı zərbələr endirmək məqsədilə istifadəsinin yolverilməz olduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İraq öz hava məkanının, quru ərazilərinin və ərazi sularının qonşu ölkələrə, eləcə də bütövlükdə regiona qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcəyinə dair təminatların vacibliyini xüsusi vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, ölkəsini ABŞ, İran və İsrail arasında davam edən qarşıdurmaya cəlb etmək cəhdlərini qəti şəkildə qəbul etmir.

Yaxın Şərqdə cərəyan edən mürəkkəb hadisələr fonunda İraq mütəmadi olaraq hava zərbələrinin hədəfinə çevrilir. KİV-in yaydığı məlumatlara görə, hərbi təyyarələr İrana hücum etmək məqsədilə tez-tez İraq ərazisi üzərindən uçuşlar həyata keçirirlər.

Chosen
33
1
moderator.az

2Sources