Bakı. Trend:
ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyətgöstərən Amerika Azərbaycanlı Qadınlar təşkilatının təşəbbüsü vəAzərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinindəstəyi ilə Amerika Azərbaycanlı Qadınlarının Birinci Forumukeçirilib.
TrendDiasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki,Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutan forumda ABŞ-ninmüxtəlif ştatlarında yaşayan azərbaycanlı qadınlar, AmerikaAzərbaycan Təşkilatları Assosiasiyasına üzv təşkilatlarınliderləri, Kanada Azərbaycan Evinin rəhbəri, braziliyalıjurnalistlər, Azərbaycan, Türkiyə, Özbəkistan, İndoneziya, Seneqal,Sinqapur, Cibuti, Şimali Kipr Türk Respublikasının ABŞ-dəkidiplomatik nümayəndəliklərinin təmsilçiləri, icma liderləri iştirakedib.
Forumda qadınların liderlik potensialının gücləndirilməsi,mədəni kimlik, icmalararası dialoq, müasir rəqəmsal platformalarvasitəsilə peşəkar əməkdaşlıq imkanları, diaspor daxilində güclüşəbəkənin yaradılması mövzularında geniş müzakirələr təşkil olunub,zəngin təcrübə və müasir ideyalar ətrafında fikir mübadiləsiaparılıb.
Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri LalaRagimov bildirib ki, forumun məqsədi ABŞ-də yaşayan azərbaycanlıqadınların, eyni zamanda digər icma nümayəndələrinin bir-birinəgüclü dəstək platformasının yaradılması, qadınların liderlikbacarıqlarının inkişafı, mentorluq imkanlarının genişləndirilməsivə icmalar arasında dərin əlaqələrin qurulmasıdır. Assosiasiyanınrəhbəri forumun həm də gənc nəsil üçün ilhamverici mühit yaradaraqonların ictimai və peşəkar fəaliyyətinə stimul verəcəyini diləgətirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Azərbaycanqadınlarının zəngin və qürurverici inkişaf tarixindən bəhs edib,dünyada qadın liderliyinin uğurlu nümunələri sırasında Azərbaycanqadınlarının da adının yer aldığını, dövlət idarəçiliyi, humanitardiplomatiya sahəsində səmərəli fəaliyyət göstərdiklərini diqqətəçatdırıb.
Şöbə müdiri qadınların tarixən sülhün, sabitliyin və təhlükəsizgələcəyin qurulmasında əvəzsiz xidmətlər göstərdiyini, beləplatformaların onların bu prosesdə daha fəal iştirakına şəraityaratdığını, ailə və milli dəyərlərin qorunaraq gələcək nəsillərəötürülməsindəki rolunu gücləndirdiyini vurğulayıb. Onun sözlərinəgörə, qlobal çağırışların və münaqişələrin artdığı müasir dünyadabelə təşəbbüslərin xalqlar və icmalar arasında dialoqungücləndirilməsi, qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığıninkişafı baxımından da əhəmiyyəti danılmazdır.
Bir ideya ətrafında sıx birləşən təşəbbüskarlar çıxışlarındabildiriblər ki: “Müxtəlif sahələrdə uğur qazanan mütəxəssisləri,yeni nəsil liderləri, icma nümayəndələrini bir araya gətirərəkpeşəkar mükəmməlliyi və nəsillərarası liderliyin inkişafını təşviqedən bu mühüm layihə böyük həvəs və fədakarlıqla, addım-addımformalaşdırılıb. Biz inanırıq ki, bu təşəbbüs ABŞ-də yaşayanazərbaycanlı qadınların peşəkar inkişafını təşviq edəcək, icmaüzvləri arasında yeni əməkdaşlıq imkanları yaradacaq, Azərbaycandiasporunun gələcəyinə töhfə verəcək. Düşünürük ki, bu, yalnızdiaspor tədbiri deyil, həm də müxtəlif mədəniyyətləri və icmalarıbir araya gətirən beynəlxalq dialoq platformasıdır”.
Forum çərçivəsində liderlik, mədəni kimlik, icmalararası dialoq,qadınların peşəkar inkişafı və şəbəkələşmə mövzularında panelmüzakirələri təşkil olunub. Müxtəlif sahələri təmsil edənpeşəkarlar təcrübə və ideyalarını bölüşüb, biznes nümunələrini,yaradıcılıq əsərlərini təqdim ediblər. İcma liderləri və gəncdiaspor nümayəndələri qadınların ictimai həyatda daha fəal roloynaması üçün yeni təşəbbüslər irəli sürüblər.
Tədbirin sonunda qadınlar üçün mentorluq proqramının təsisedildiyi elan olunub. Təşkilatçılar bildiriblər ki, forum gələcəkdədə davam etdiriləcək. Davamlılıqda məqsəd, forumu qadın liderliyi,innovasiya və icmalararası əməkdaşlıq üçün uzunmüddətli beynəlxalqplatformaya çevirmək, ABŞ-dəki azərbaycanlı qadınların fəallığınıartırmaq və Azərbaycan-Amerika diaspor əlaqələrinin inkişafına yeniçalarlar qatmaqdır.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xariciölkələrdə yaşayan alimlərin, həkimlərin, mühəndislərin, tələbələrinforumlarını keçirir. Bu, eyni sahəni təmsil edən insanların vahidplatformalarının formalaşmasına şərait yaradır, diaspor üzvlərinihəm yaşadıqları ölkələrin, həm də Azərbaycanın müasir inkişafınabirgə töhfə verməyə sövq edir.