EN

Əməliyyat olunan Xalq artisti səhhətindən DANIŞDI - Eksklüziv

Xalq artisti Şeyx Əbdül Mahmudov səhhəti ilə bağlı açıqlama verib. 

Bu barədə sənətçi Bizim.Media-ya danışıb. O bildirib ki, mədəsindən əməliyyat olunduqdan sonra evində müalicəsini davam etdirir:
 

“Yüngül formada mədəmi əməliyyyat etdirdim. İndi müalicə olunuram. O ki qaldı, digər xəstəliklər...  Yaralarım sağalsın, sonra onlarla məşğul olacam.  Hamısından pis xəstəlik qocalıqdır. Bütün xəstəliklərə çarə tapmaq olur, ona yox. Bir ay öncə xəstəxanaya yerləşdirildim, o biri xəstəliklərə toxunmaq olmur. Çünki mədəmdə qanaxma başladı. Sağ olsun həkimlərim mədə məsələmi yoluna qoydular, bir həftədir ev şəraitində bərpa olunuram”.


Sənətçi həmçinin Mədəniyyət Nazirliyindən onunla mütəmadi əlaqə saxladıqlarını bildirib:

“ARKA-da bədii şurada fəaliyyətimi davam etdirirəm, Nazirin köməkçisi ilə də əlaqə saxlayırıq, hal-əhval tuturuq. Həkimlər əllərindən gələni edirlər. Dostlarım Moskvadan dərmanlarımı göndərirlər. Hər şey Allahın və orqanizmimin ümidinə qalıb. Hələ ki, özümü normal hiss edirəm, evdə normal hərəkət edirəm, yeriyirəm. Amma çölə-çıxmıram. O da bu həftəsonu inşallah...”

Sara, Bizim.Media

Chosen
74
1
bizim.media

2Sources