Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Quba rayonunun üç kəndinin adının dəyişdirilməsi müzakirə olunacaq.
Reyting.az xəbər verir ki, bunu "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev deyib.
O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:
"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".
M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.