EN

"Real Madrid"in ulduzu bir il yaşıl meydanlardan uzaq qalacaq

BAKI, 10 mart. TELEQRAF

“Real Madrid”in futbolçusu Rodriqo Qois bir il yaşıl meydanlardan uzaq qala bilər.

Teleqraf Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu sağ dizinin ön çarpaz bağının və xarici meniskinin qopması səbəbindən əməliyyat keçirib.

Həkimlərin ilkin proqnozuna görə, Rodriqonun bərpa müddəti 10–12 ay davam edə bilər. Bu isə o deməkdir ki, 24 yaşlı oyunçu mövsümün qalan hissəsini və növbəti mövsümün böyük bir hissəsini buraxacaq.

Uzun bərpa müddəti Rodriqonun 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində çıxış etməyəcəyi gözləyir.

Qeyd edək ki, Rodriqo martın 2-də “Xetafe” ilə La Liqa oyununda zədələnib.

Chosen
20
2
teleqraf.com

3Sources