EN

Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video

style='margin-bottom:10px;'>

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan çempionatında “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra ölkəsinin mətbuatının diqqət mərkəzinə düşüb.

QOL.az-ın xəbərinə görə, Ukraynanın foootball.ua saytı yazır ki, “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatan matç bitən kimi “Neftçi”nin ukraynalı baş məşqçisi rəqib komandanın rusiyalı çalışdırıcısı Kurban Berdyevin əlini sıxıb.

Sayt bunu qalmaqal kimi dəyərləndirib. Məsələ Ukraynada ona görə müzakirələrə və narazılığa səbəb olub ki, türkmən əsilli rusiyalı Berdyev 2023-cü ildə işğal altında olan Ukraynanın Mariupol bölgəsinə səfər edərək orada rusiyalı hərbçilərlə görüşü ilə gündəmə gəlmişdi.

Vernidub isə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu. Bu səbəbdən onun Berdyevlə əl sıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

24tv.ua saytı da Vernidubun Berdıyevlə əl sıxıb görüşməsini qalmaqal kimi dəyərləndirib.

Chosen
77
1
teleqraf.com

2Sources