Tenderin adı: “F5 WAF həllinin lisenziyalarının və dəstək xidmətinin növbəti 1 il üçün uzadılması”
Tenderin elan tarixi: 10.03.2026
Tenderin son tarixi: 17.03.2026, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) İşin icra müddəti qeyd edilməsi mütləqdir Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin) Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)Təkliflərin qəbul edilməsi:
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, 28 Füzuli küç. 71) ünvanına göndərilməlidir. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.