EN

"İrandakı rejiminin qaranlığı bitmək üzrədir"

Avropada yaşayan tanınmış cənubi azərbaycanlı ozan Araz Elsəs News365.az-ın qonağı olub.

Tanınmış sənətçi İranda baş verənlərin cənublu soydaşlarımızın üçün əhəmiyyətindən danışıb.
O bildirib ki, İrandakı rejiminin qaranlığı bitmək üzrədir:

“Hər şeyi həyacanla izləyirik. Hadisələr onu göstərir ki, molla rejiminin sonu gəlir. İnanıram ki, İranda günəş doğacaq və bütün insanlar bu günəşin doğulmasından faydalanacaq. Düzdür savaş heç yerə xoşbəxtlik gətirmir. Müharibə fəlakətdir. Lakin bu müharibənin başlamasının səbəbkarı elə rejimin özü idi. Özləri də o yaratdıqları qaranlığın içində batıb getdilər. Güman edirəm yeni rejimin də öümrü uzun olmayacaq. İndiki vəziyyət rejimin son çırpıntılarıdır. Yeni rəhbərin seçilməsi qurtuluş yolu deyil. Bu rejimin nə özünə, nə qonşularına bir faydası yoxdur. Bütün ətraf ölkələrlə münasibətlər korlanıb. Onlar artıq hər kəs üçün təhlükəyə çevriliblər”.

Araz Elsəs onu da qeyd edib ki, Azərbaycan milləti üçün yeni bir fürsət yaranır. Lakin onlar hələ tələsməməlidir. Bombardımanın bitməsini gözləməlidirlər:

“Millətimiz yaranan fürsətdən istifadə edib küçələrə çıxmalıdır. Amma doğru zamanı gözləmək lazımdır. Savaş bitdikdən sonra insanlarımız meydanlara çıxmalı 50-ildən çox zaman ərzində tapdalanan hüquqlarının bərpasını tələb etməlidirlər
.

Chosen
15
news365.az

1Sources