ain.az bildirir, Cebheinfo portalına istinadən.
Xocalı qatili, ləğv edilmiş separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan gərgin regional vəziyyət fonunda Ermənistanın Rusiya ilə İttifaq Dövlətində birləşməli olduğunui deyib.
“Ermənistan İranla çox yaxşı münasibətlər saxlamalı və “İttifaq Dövləti”nin bir hissəsi olmalıdır. İndi buna hansı adı verəcəklərini bilmirəm, amma Sovet İttifaqında olduğu kimi olmalıdır”.
Qeyd edək ki, Rusiyadan vaxtaşırı postsovet ölkələrinin, o cümlədən Ermənistanın dövlət müstəqilliyinə son qoymağa çağıran fikirlər səsləndirilir.
Bu yaxınlarda Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin Ermənistanın Rusiyaya birləşməli olduğu barədə şovinist açıqlama vermişdi.
Bu baxımdan, Vitali Balasanyanın bəyanatı Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində Moskvanın revanşist müxalifətə dəstəyinin əldə edilməsinə hesablanıb. Balasanyanın seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyil.
Ancaq eks-prezident Robert Köçəryana yaxınlığı ilə tanınan Balasanyanın bu cür avantürst mövqedən çıxış etməsi “Qarabağ klanı”nın qalıqlarının Ermənistan daxilində Rusiyanın maraqlarının təmsilçisi olmaqda davam etdiyini göstərir.
Bu qrup seçkilərdə Rusiyanın siyasi dəstəyi ilə hakimiyyətə gəlmək üçün Ermənistanın müstəqilliyini belə, qurban verməyə hazır olduğunu nümayiş etdirir.
Xatırladaq ki, hazırda həbsdə olan Gümrü şəhərinin meri Vardan Qukasyan da 2024-cü ildə verdiyi açıqlamada hakimiyyətə gələcəyi təqdirdə, Ermənistanın Rusiya-Belarus İttifaqına daxil edilməsinə çalışacağını bildirmişdi. Onun bu mövqeyi sonradan həbs edilməsi ilə nəticələndi.
Ona görə də Vitali Balasanyanın sözləri revanşist müxalifətə siyasi divident gətirməkdən daha çox onu zərbə altına qoyur.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər:
Rusiya Ermənistand
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.