EN

Yaponiya donanması “Taigei” sinifli 5-ci sualtı qayıqla güclənib

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri üçün “Taigei” sinifli 5-ci “Chogei” dizel-elektrik sualtı qayığı istismara verilib.

Herbiand.az bildirir ki, mərasim Kobe şəhərindəki Mitsubishi Heavy Industries (MHI) gəmiqayırma zavodunda keçirilib.

“Taigei” sinifli sualtı qayıqlar suyun altında daha uzun müddət qalmaq üçün litium-ion batareyaları ilə təchiz edilib. Bundan əlavə, göyərtədə 6 qadın üçün ayrıca kabinə də var. Bu, Yaponiya Hərbi Dəniz Qüvvələri üçün bir ilkdir.

Sualtı qayıqların uzunluğu 84 metr, eni 9,1 metr, su tutumu təxminən 3000 tondur. Ekipajın sayı 70 nəfərdir.

Bu günə qədər Yaponiya donanması bu tip sualtı qayıqlardan 10 ədəd  sifariş edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
142
herbiand.az

1Sources