Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxcalı Azərbaycanla bağlı İrana xəbərdarlıq edib.
Heftelik.az xəbər verir ki, Dövlət Baxcalı belə xəbərdarlıqla bu gün partiyasının qrup toplantısında çıxış edib.
“Bir daha hava sahəmizdə və ya Azərbaycanın hava sahəsində yolunu və istiqamətini itirmişbir raket və ya pilotsuz uçuş aparatı görmək, bu barədə eşitmək, buna şahid olmaq istəmədiyimizi də bütün dünya bilməlidir”, – deyə MHP sədri vurğulayıb.