EN

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

10 Mart-Milli Teatr Günündə “CHARACTERS”” Müasir Dram Hərəkatı “EURODRAM”-Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçirilən müsabiqənin yekun nəticələrini açıqlayıb.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq doktoru, dosent Elçin Cəfərov, YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev və ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti “CHARACTERS 2026” dramaturgiya müsabiqəsinin üç qalibini müəyyən edib:

I yer – Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”

II yer – Abdulla Elşadlı “_”

III yer – Hacı Səfərov “Eyay”

Qaliblərə sertifikatlar aprel ayında təqdim olunacaq.

Xatırladaq ki, müsabiqəyə pyeslərin qəbulu 2025-ci il noyabrın 1-dən 2026-cı fevralın 15-dək davam edib. Müsabiqəyə 3 ölkə və 7 şəhərdən 17 müəllif tərəfindən 27 pyes təqdim olunub. Qalib pyeslər Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq.

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Şuşa məscidi üçün hazırlanan növbəti xalçalarının kəsim mərasimi keçirildi

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
kulis.az

6Sources