EN

Niderland səfiri Azərbaycana təxliyə olundu

İranda yerləşən Niderland səfirliyinin nümayəndələri təxliyə olunublar.

"Yeni Sabah" xəbər verir ki, səfir və səfirlik əməkdaşları sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.


Telegram kanalımız
Chosen
87
7
yenisabah.az

10Sources