EN

İrandan 10 gündə 3 mindən artıq hücum Bu ölkələri hədəf aldı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın fevralın 28-dən etibarən ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlara cavab olaraq 7 ərəb ölkəsinə ümumilikdə 3095 raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi bildirilir. 

Hücumların əsas hədəfinin Körfəz regionunda yerləşən strateji obyektlər olub.

Məlumata görə, hücumlar zamanı Birləşmiş Ərəb Əmirlikləri ən çox hədəfə alınan ölkə kimi qeydə alınıb. Ən az hücum isə Oman ərazisinə yönəlib. BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hücumların başladığı gündən indiyədək ölkəyə qarşı 253 ballistik raket, 1440 pilotsuz uçuş aparatı və 8 qanadlı raket aşkarlanıb.

Rəsmi məlumatlara görə, hava hücumundan müdafiə sistemləri 233 raketi məhv edib, 18 raket dənizə düşüb, 2 raket isə ölkə ərazisinə düşüb.

Pilotsuz uçuş aparatları ilə bağlı isə bildirilib ki, 1440 PUA-dan 1359-u zərərsizləşdirilib, 81-i isə BƏƏ ərazisinə düşüb.

Regionda davam edən qarşıdurmaların Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirdiyi və münaqişənin yeni ölkələrə yayılması riskinin artdığı qeyd olunur.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
azpolitika.info

1Sources