İrandan saat 12:00-14:00 aralığında daha 14 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Onların 5-i Azərbaycan, 5-i Çin, 2-si ABŞ, 1-i Rusiya, 1-i isə Finlandiya vətəndaşıdır.
İrandan daha 17 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi martın 10-u saat 00:00-dan 12:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bunlardan 8-i Azərbaycan, 8-i Çin və 1-i Kanada vətəndaşıdır.
Bundan başqa, İranın bir vətəndaşı və Pakistanın bir diplomatı Azərbaycan ərazisindən İrana keçib.