EN

"Respublikada hansı hadisə baş verirsə, Ağsaqqallar Şurası ona reaksiya verir, mövqeyini ortaya qoyur" -Aqiyə Naxçıvanlıdan tənqidlərə CAVAB

"Ağsaqqallar Şurası heç bir hadisədən kənar deyil. Hətta bir çox QHT-lərdən daha fəal işləyir. Elə bir hadisə yoxdur ki, Ağsaqqallar Şurası reaksiya verməsin. Sadəcə, Şura fəaliyyəti barədə məlumatları bütün saytlarda dərc etmir. Öz saytı var. Xahiş edirəm, saytı açıb baxın, nə hadisə varsa, bəyanat verilib. Mütəmadi toplantı keçiririk, bütün tədbirlərdə iştirak edirik. Respublikada hansı hadisə baş verirsə, birinci növbədə Ağsaqqallar Şurası ona reaksiya verir, mövqeyini ortaya qoyur. Hətta tədbirlərdə bütün ağsaqqallar öz fikirlərini deyirlər. Azərbaycanda baş verən hadisələr, gənclərin tərbiyələri barədə hamısının mövqeyi ortadadır. Sadəcə, düşünürəm ki, belə fikirlər yayanlar Ağsaqqallar Şurasının saytında yerləşdirilən məlumatları oxumurlar".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, sabiq deputat Aqiyə Naxçıvanlı deyib.

 

"Ağsaqqallar Şurasına təklif edin ki, bütün saytlarla məlumatları paylaşsın. Belə olsa, görəcəksiniz ki, həddindən artıq çox fəaldır. Bütün rayonlarda tədbirlər, konfranslar, gənclərlə görüşlər... Elə bir gün yoxdur ki, Ağsaqqallar Şurası hansısa məlumat dərc etməsin. Ağsaqqalların yubileyləri keçirilir. Bütün bunlar barədə də saytda məlumat var. Son vaxtlar fikirləşirdim ki, ağsaqqallara baxırlar, elə bilirlər, fəaliyyətdən düşmüş insanlardır. Xeyr! Əksinə, Ağsaqqallar Şurasına elə bir müdrik insanlar yığışıb, çox fəaldırlar. Hansı tədbir olsa, dəvət edin, iştirak etsinlər. Öz təşəbbüsləri də həddindən artıq çoxdur. Baxın görün, nə qədər ölü təşkilatlar var, heç bir fəaliyyətlərini görmürük. Dövlətdən də nə qədər pul alırlar. Ağsaqqallar Şurası isə heç bir yerdən ianə almayan təşkilatdır, amma bu qədər iş görür. Əks fikirlər harda söylənilibsə, tamamilə səhvdir", - Aqiyə Naxçıvanlı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Mart 2026, 13:09   
Chosen
100
pravda.az

1Sources