EN

Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı REAL VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Yasamal rayonunda kobud qayda pozuntusu kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 9-da saat 14:56 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 15-BN-555 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya yol vermədən hərəkətini davam etdirib. Xoşbəxtlikdən piyada ehtiyatlı davranaraq vaxtında dayanıb və əli ilə qayda pozan sürücüyə iradını bildirib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı və keçiddən istifadə edən piyadalara mütləq şəkildə yol verməlidirlər. Bu tələbin pozulması həm inzibati məsuliyyət yaradır, həm də piyadaların həyatı üçün ciddi təhlükə deməkdir. Sürücülərin diqqətli və məsuliyyətli davranması bu cür xoşagəlməz hadisələrin qarşısını almaqda mühüm rol oynayır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
avtosfer.az

1Sources