Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İsrailin İranın neft obyektlərinə son hücumları, xüsusən də uşaqlar və yaşlılar üçün ictimai sağlamlığa mənfi təsir göstərə bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.
Tedros Adhanom Qebreyesus bildirib ki, İranın neft obyektlərinə dəyən ziyan qida, su və havanın çirklənməsi riski yaradır. Tedros “X”-dəki paylaşımında xəbərdarlıq edib ki, bu təhdidlər xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər: "Ölkənin bəzi yerlərində neftlə islanmış yağışlar qeydə alınıb".
İsrail iddia edib ki, Tehranda hərbi infrastruktur əməliyyatları üçün istifadə edilən bir neçə yanacaq anbarına zərbə endirib.
Zərbələr Tehranın üzərində böyük partlayışlara və qatı qara tüstü buludlarına səbəb olub. "Əl-Cəzirə" jurnalisti Tohid Əsədi bazar günü səhər tezdən qara yağış damcılarının yağdığını bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.