EN

SEPAH: Müharibənin nə vaxt bitəcəyinə yalnız İran qərar verəcək

Müharibənin nə vaxt bitəcəyinə yalnız İran qərar verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “India Today” nəşri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Tehran rəhbərliyi ABŞ Prezidenti Donald Trampın münaqişənin gedişi ilə bağlı verdiyi bəyanatları “cəfəngiyat” adlandırıb. SEPAH-dan verilən açıqlamada vurğulanıb ki, davam edən hərbi qarşıdurmanın finalını məhz İran tərəfi müəyyən edəcək.

İran tərəfi həmçinin strateji hədə ilə çıxış edib. Bildirilib ki, əgər ABŞ və İsrailin İrana qarşı zərbələri dayandırılmasa, Tehran regiondan xarici bazarlara “bir litr belə neftin” ixrac olunmasına icazə verməyəcək.

Bu bəyanat Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
22
interpress.az

1Sources