EN

NATO Türkiyənin hava məkanının qorunması üçün Malatyada “Patriot” sistemi yerləşdirir

NATO
Türkiyənin Malatya şəhərində NATO-nun “Patriot” hava və raketdən müdafiə sistemi yerləşdiriləcək. 1news.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Bildirilib ki, regionda baş verən son hadisələr fonunda ölkənin sərhədlərinin və hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür və NATO ilə məsləhətləşmələr davam etdirilir. “Türk Silahlı Qüvvələrinin ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmi tamdır. Regionumuzda yaşanan son hadisələr çərçivəsində sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi üçün lazımi tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava və raketdən müdafiə tədbirləri artırılıb. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək məqsədilə təyin edilmiş bir “Patriot” sistemi Malatya şəhərində yerləşdirilir.

Müdafiə və təhlükəsizlik potensialını ən yüksək səviyyədə qoruyub saxlayan ölkəmiz NATO və müttəfiqlərimizlə əməkdaşlıq və məsləhətləşmələr çərçivəsində hadisələrin inkişafını qiymətləndirməyə, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcək”, – deyə açıqlamada qeyd olunub.

Chosen
24
1news.az

1Sources