EN

Yaxın Şərqdən 8585 Qazaxıstan vətəndaşı təxliyə olunub

Astana, 10 mart, AZƏRTAC

Təxliyə başlayandan indiyədək Yaxın Şərq ölkələrindən 8585 qazaxıstanlı vətənə qayıdıb.

AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlik səlahiyyətli orqanlarla birlikdə vətəndaşların Yaxın Şərq münaqişəsi zonasından qaytarılması üzrə işi davam etdirir.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri yerlərdə əməliyyatların koordinasiyasını davam etdirir və həmvətənlərlə daimi əlaqə saxlayır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
86
1
azertag.az

2Sources