EN

Aİ liderləri enerji qiymətlərinin artımını müzakirə edəcək

Aİ liderləri martın 10-da enerji qiymətlərinin kəskin artması ilə bağlı vəziyyəti müzakirə etmək üçün videokonfrans formatında görüş keçirəcəklər.

Missiya.Az “Politico”-ya istinadən xəbər verir ki, görüş Almaniya, Belçika və İtaliyanın təşəbbüsü ilə təşkil olunacaq. Diplomatik mənbələrin bildirdiyinə əsasən, toplantıda Aİ ölkələrində artan enerji qiymətlərinin yaratdığı problemlər və onların həlli yolları müzakirə ediləcək.

Qeyd olunub ki, görüş martın 19-da keçiriləcək Avropa Şurasının iclası öncəsi mövqelərin əlaqələndirilməsi məqsədi daşıyır.

Bildirilir ki, enerji qiymətlərinin artması Yaxın Şərqdə gərginliyin yüksəlməsi fonunda baş verir. Bazar ertəsi dünya bazarında neftin bir barelinin qiyməti 100 dolları ötüb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
51
missiya.az

1Sources