EN

Məşhur aktyor Zafer Ergin xəstəxanaya yerləşdirildi

Türk televiziyalarının uzunömürlü seriallarından olan "Arka Sokaklar"da "Rıza Baba" obrazı ilə tanınan Zafer Ergin xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, aktyorun səhhəti ilə bağlı həyat yoldaşı Binnaz Ergin "Haber Global"a açıqlama verib.

Onun sözlərinə görə, aktyorun orqanizmində susuzlaşma yaranıb və infeksiya göstəriciləri yüksək çıxıb. Bununla belə, Zafer Erginin ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.

Binnaz Ergin qeyd edib ki, aktyor hazırda nəzarət məqsədilə xəstəxanadadır və planlaşdırıldığı kimi çarşənbə günü çəkiliş meydançasına qayıda bilər.

Chosen
76
news365.az

1Sources