EN

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi final görüşünə çıxacaq

Bu gün Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilərdən ibarət Avropa çempionatında ikinci günə start veriləcək.

SİA xəbər verir ki, Azərbaycanın daha 10 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Belə ki, Ceyhun Allahverdiyev (61 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) ilk görüşlərinə çıxacaqlar. Həmçinin Vasif Bağırov (57 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram) qızıl medal qazanmaq üçün finalda mübarizə aparacaqlar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal üçün döyüşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Chosen
14
2
sia.az

3Sources