EN

Ukrayna Rusiya ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kiyev, 9 mart, AZƏRTAC

Ukrayna-Rusiya-ABŞ üçtərəfli danışıqların növbəti mərhələsi bu həftə planlaşdırılırdı, lakin görüş ABŞ-nin təklifi ilə təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski Ukrayna danışıqlar qrupu ilə görüşünün nəticələrini müzakirə edib. Yaxın Şərqdəki vəziyyətə görə təxirə salınan ABŞ və Rusiya ilə növbəti görüş müzakirə olunub.

Prezident açıqlamasında bildirib ki, Amerika tərəfi ilə intensiv onlayn əlaqə saxlanılması vacibdir. “Hazırda tərəfdaşlarımızın prioriteti və bütün diqqəti İran ətrafındakı vəziyyətə yönəlib və buna görə də Amerika tərəfinin təklifi ilə bu həftə planlaşdırılan görüş təxirə salınıb", - deyə Zelenski əlavə edib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukrayna istənilən vaxt müharibənin bitməsinə kömək edə biləcək və real formatda görüşməyə hazırdır.

Qeyd edək ki, martın əvvəlində də nəzərdə tutulan görüş Yaxın Şərqdəki hərbi eskalasiyaya görə təxirə salınmışdı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
2
azertag.az

5Sources