EN

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı VİDEO

Naxçıvan, 9 mart, AZƏRTAC

Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Hava yolu bağlananda ikinci yolumuz məhz Türkiyədən, İğdırdan oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı aviareysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.

Sərnişin qeyd edib ki, o, sonuncu dəfə 7 il bundan əvvəl Naxçıvanda olub: "Uzun müddətdən sonra muxtar respublikaya gəlişim bu günə təsadüf etdi. Bir daha dövlətimizə bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm".

 
Müxbir- Nail Əsgərov
Chosen
60
2
azertag.az

6Sources