Vaşinqton, 10 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranla müharibədə böyük irəliləyişlər əldə etdiyini və əməliyyatın demək olar ki, tam başa çatmış ola biləcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu fikirləri o, Floridanın Doral şəhərində keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Hərbi məqsədimizə çatmaq üçün böyük irəliləyişlər əldə edirik və hətta bəziləri onun demək olar ki, başa çatdığını deyə bilərlər. Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton