EN

U-23 Avropa çempionatının ikinci günündə Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayacaq

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə sərbəst güləş üzrə daha 5 çəkidə Azərbaycan təmsilçiləri mübarizəyə qoşulacaqlar.

Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) ilk görüşlərini keçirəcəklər.

Həmçinin bu gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finalda, Musa Ağayevlə (65 kq) Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Chosen
48
34
far.az

10Sources