EN

"Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram"

Müğənni Elnur Məmmədov "Mədəni şou" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, ifaçı efirə gec-gec çıxmasına belə aydınlıq gətirib:

"Hamımızın ailəsi, böyük məsuliyyətlərimiz var. Əvvəl cavan idik. Biz illər öncə özümüzü təsdiqləmişik. Hər gün bu verilişdən o verilişə gedən vaxtımız deyil. Bizə artıq bu lazım deyil. Hərdən hansısa sənət adamı deyəndə ki, bizi efirə çağırmırlar, mənim pisimə gəlir. Artıq biz efiri seçirik. Şou-biznesdən uzaqlaşmamışıq".

Elnur yaşı çox olan sənətçilərin hər gün efirdə olmasını qınayıb:

"Atam yaşda adamı hər gün efirdə görəndə utanıram. Yaxşı, bu insan özü dərk etmir, ailəsində ona demirlər ki, 70-80 yaşın var, hər gün efirdəsən? Olmaz. Elə şeyə dəyər də vermirlər". (Axşam.az)

Bizim.Media

Chosen
78
8
bizim.media

9Sources