EN

Xərçəngin dərmanı bu heyvanda imiş

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrinə qarşı təsir göstərə bilən bakteriyalar aşkar ediblər. Araşdırma Japan Advanced Institute of Science and Technology (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub.Demokrat.az-ın məlumatına görə tədqiqat çərçivəsində alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını araşdırıblar. Onlar "Dryophytes japonicus"növünə aid yapon ağac qurbağalarının, həmçinin yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından ümumilikdə 45 bakteriya ştammı ayırıblar. Laboratoriya sınaqları zamanı bu bakteriyalardan 9-nun xərçəng hüceyrələrinə qarşı güclü təsir göstərdiyi müəyyən edilib.Ən yüksək nəticə qurbağaların bağırsağında aşkar olunan Ewingella americana bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu bakteriyanın damar daxilinə bir dəfə yeridilməsi kolorektal xərçəng şişinin bütün sınaq heyvanlarında tam yox olmasına səbəb olub. Bildirilir ki, əldə olunan nəticə bəzi hallarda immunoterapiya və kimyaterapiya kimi standart müalicə üsullarından daha təsirli olub.Alimlərin sözlərinə görə, bakteriya iki istiqamətdə fəaliyyət göstərir. O, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir, eyni zamanda immun sistemini aktivləşdirərək orqanizmin şişə qarşı müdafiəsini gücləndirir.Tədqiqatçılar bildirirlər ki, gələcək mərhələdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsi və insanlarda tətbiqi üçün daha təhlükəsiz metodların hazırlanması planlaşdırılır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
6
demokrat.az

7Sources