EN

Əraqçi HIMARS-a görə ABŞ Mərkəzi Komandanlığına "təşəkkür" edib

Əraqçi HIMARS-a görə ABŞ Mərkəzi Komandanlığına "təşəkkür" edib

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı zərbələrdə HIMARS yaylım atəşli reaktiv sistemlərindən istifadə edildiyinə dair paylaşımına münasibət bildirib.

AFN.az xəbər verir ki, Əraqçi bu barədə öz X hesabında yazıb. Nazir bildirib ki, Vaşinqtonun bu sistemləri İran əhalisinə qarşı qonşu ölkələrin ərazisində yerləşdirdiyini etiraf etməsi mühüm faktdır.

Əraqçi xəbərdarlıq edərək bildirib ki, əgər İran öz raketləri ilə həmin sistemləri məhv edərsə, "bundan sonra artıq heç kim şikayət etməməlidir".

Qeyd edək ki, "Epic Fury" əməliyyatı çərçivəsində ABŞ qüvvələri İranın bir neçə strateji nöqtəsini məhz bu sistemlərlə hədəf alıb. Tehran isə buna cavab olaraq qonşu ölkələrdəki ABŞ bazalarını vurmaqla hədələyir.

Chosen
107
2
afn.az

5Sources