EN

Tramp Müctəba Xameneinin İranın ali lideri seçilməsindən məyus olduğunu bildirib

BAKI, 10 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin İranın ali lideri seçilməsindən məyus olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında danışıb.

ABŞ liderinin sözlərinə görə, bu qərar İran üçün əvvəlki problemlərin davam etməsinə səbəb ola bilər.

“Biz düşünürük ki, bu, ölkə üçün eyni problemlərə gətirib çıxaracaq. Buna görə də onların seçimindən məyus oldum”, - deyə Tramp bildirib.

Tramp jurnalistlərin ABŞ-nin yeni ali lideri hədəf kimi görüb-görmədiyi ilə bağlı sualına isə cavab verməkdən imtina edib.

“Bu barədə danışmaq istəmirəm, bu, uyğun olmaz”, - deyə ABŞ prezidenti qeyd edib.

Chosen
69
teleqraf.com

1Sources