İspaniya millisinin futbolçusu və "Qızıl Top" qalibi Rodri ilə bağlı maraqlı hadisə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, futbolçunun qonşuları polisə şikayət edərək onun dronu mənzillərinin pəncərələrinin qarşısında uçurduğunu bildiriblər.
Qonşular iddia edirlər ki, dron onların şəxsi həyatına müdaxilə edib və evdə istirahət edərkən Rodrinin dron vasitəsilə mənzillərinə baxa biləcəyindən qorxurlar.
Polis futbolçu ilə görüşərək məsələni araşdıracaq.
Qonşular açıqlamalarında deyiblər:
“Biz yüksək mərtəbədə yaşayırıq və televiziya izləyərkən gözləmədiyin şey dronun pəncərənin bir metri qarşısında uçmasıdır.
Həyat yoldaşım bundan çox narahatdır. Burada yüksək mərtəbədə yaşamağın faydalarından biri heç kimin sizi izləməməsidir, amma indi Rodri və onun dronu bizi narahat edir.”