EN

SEPAH İsraili bir tondan ağır raketlər atmaqla hədələdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi İranın raket hücumlarını gücləndirmək niyyətində olduğunu bəyan edib.

Oxu.Az bu barədə Cursorinfo.co.il-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, gələcəkdə Tehran ağırlığı bir tondan çox olan döyüş başlıqlarına malik raketlərdən istifadə edə bilər ki, bu da mümkün zərbələrin dağıdıcı gücünü əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, İranın arsenalında ağır döyüş hissələri daşımaq və İsrail ərazisinə çatmaq qabiliyyətinə malik bir neçə növ ortamənzilli ballistik raket mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
oxu.az

1Sources