EN

Trampdan neft sanksiyaları ilə bağlı mühüm qərar: Bəzi məhdudiyyətlər ləğv olunur

Tramp digər ölkələrin neft sektoruna qarşı sanksiyaların bir hissəsini ləğv edəcək

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların digər ölkələrin neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edəcəyini bəyan edib. Trampın sözlərinə görə, bu məhdudiyyətlərin gələcəkdə yenidən bərpa olunmasına ehtiyac qalmaya bilər.

Bu addım qlobal enerji bazarında qiymətlərin tənzimlənməsi və tədarük zəncirinin sabitləşdirilməsi məqsədi daşıyır. Ekspertlər hesab edirlər ki, Donald Trampın bu qərarı neft hasilatçısı olan bir neçə ölkəyə qarşı iqtisadi təzyiqlərin azaldılmasına və dünya bazarında xammal bolluğunun yaranmasına xidmət edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
78
interpress.az

1Sources