EN

Kanadada 10 ildə 100 minə yaxın insan evtanaziya olunub

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin yayında Kanadada evtanaziya olunan insanların sayı 100 mini keçə bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, evtanaziyaya icazə verilən 2016-cı ildən 2024-cü ilə kimi könüllü olaraq ölümü seçənlərin sayı 76475 nəfər olub.

2025-ci ilin məlumatları hələlik açıqlanmayıb. Bu templə davam edəcəyi təqdirdə cari ilin yayında sözügedən rəqəmin 100 mini keçəcəyi gözlənilir. Maraq üçün bildirək ki, 2-ci Dünya müharibəsində Kanada bundan təxminən 2 dəfə az itki vermişdi. Belə ki,  46 minə yaxın kanadalı döyüşlərdə həlak olmuş, 9 minə yaxın əsgər isə itkin düşmüşdü.

Qeyd edək ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insan və ya heyvanın dözülməz ağrılarını dayandırmaq məqsədilə onun həyatına tibbi müdaxilə ilə son qoyulmasıdır.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
525.az

1Sources