EN

Azərbaycanda tək yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin tanınmış kardioloqu və dietoloqu Canan Karatay gündəlik qidalanmada sumağın istifadəsini artırmağı tövsiyə edib.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə bir yemək qaşığı sumaq isti suya qatılaraq içildikdə bağırsaqların və qaraciyərin təmizlənməsinə kömək edə bilər.Karatay bildirir ki, sumaq qatıqla birlikdə yeyildikdə və ya çay kimi dəmlənərək içildikdə təsiri daha da güclənir. Onun sözlərinə görə, sumaq antioksidantlarla zəngindir, iltihabı azaldır, həzmi yaxşılaşdırır, qan şəkərinin tənzimlənməsinə kömək edir və ürək-damar sağlamlığını dəstəkləyir.Həkim qeyd edir ki, sumaq antibakterial və antifungal xüsusiyyətlərə də malikdir. Bəzi hallarda xərçəng hüceyrələrinin inkişafını ləngidə biləcəyi ilə bağlı araşdırmalar da mövcuddur. Bununla belə, həddindən artıq istifadə tövsiyə olunmur və xroniki xəstəlikləri olan şəxslərin əvvəlcə həkimlə məsləhətləşməsi vacib sayılır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources