EN

İran uzunmüddətli müharibə elan etdi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın Ali Liderinin xarici siyasət üzrə müşaviri Kamal Xarazi ölkəsinin ABŞ-la uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə CNN telekanalına verdiyi açıqlamada o bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə diplomatik həll üçün imkan görmür.

Xarazinin sözlərinə görə, ABŞ prezidenti Donald Trump danışıqlar zamanı verdiyi vədləri yerinə yetirməyib.

“Artıq diplomatiya üçün yer görmürəm. Çünki Donald Tramp başqalarını aldadıb və vədlərini yerinə yetirməyib. Biz bunu danışıqlar zamanı iki dəfə gördük – danışıqlar apararkən onlar bizə hücum edirdilər”, – deyə o bildirib.

Xarazi əlavə edib ki, Körfəz regionundakı ərəb ölkələri və digər dövlətlər müharibənin qarşısını almaq üçün Vaşinqtona təzyiq göstərməlidirlər. Onun sözlərinə görə, əks halda region ölkələri ciddi itkilərlə üzləşə bilər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
17
globalinfo.az

10Sources