EN

Qarabağ la sabah desələr, sabah oynayacağıq Yuri Vernidub

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Neftçi" Misli premyer-liqasının 23-cü tur matçında evdə "Turan Tovuz"a uduzdu - 0:1"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunsonrası mətbuat komfransında jurnalistlərin suallarını cavabladı.- Komanda yeddi oyundan sonra ilk dəfə sizin rəhbərliyiniz altında məğlub oldu. Bundan sonrakı dövrün daha çətin olacağını hiss edirsiz?- Nə vaxtsa bir məğlubiyyət olmalı idi. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik. hətta udmaq belə mümkün idi. Nə onlarda, nə də bizdə çox ciddi epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildi, biz isə yox. Bununla barışmaq və işləmək lazımdı. Gələcəkdə nə olacağını həyat göstərəcək.- Ötən oyunda baş verən hakim qərarlarına görə komandada oyuna köklənmək baxımından problem yaşanmışdı?- İntensiv oyun getdi. O qədər qol epizodları yox idi. Amma oyun sürətli keçdi. Bu mərhələni də keçməliyik. Uduzduq. Bunu da geridə qoymalı və yolumuza davam etməliyik. "Turan Tovuz" sadə komanda deyil. Ona görə üçüncü pillədədi. Biz onlardan heç nədə geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi.- Heyət hədəfə çatmaq üçün yetərlidi?- Dəfələrlə demişəm, bura gələndən hansı heyət var idisə, o da qalıb. Kimisə göndərməmişik. Cəmi bir nəfər transfer etmişik. Bu heyətlə davam edəcəyik.- Bu gün hər iki cinah müdafiəçisi yox idi. Bunun oyuna təsiri oldu?- Ciddi bir şey olmadı. Luis Ortiz zədə aldı və onu məcburiyyətdən dəyişdik. Bizdə 23 futbolçu var və onların hamısı oynamalıdı. Bura oturmağa gəlməyiblər. Heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdi. Yox, yaxşı oyunçulardı. İstəyim odu ki, hər oyundan sonra daha yaxşı olsunlar.- Yəqin ki, "Neftçi"də də oruc tutanlar var. Bu məqam futbolçuların hazırlığına, rejiminə təsir edir?- Bəli, həqiqətən də bunun təsiri var. Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalarda oruc tutanlar var. Onların dini etiqadlarını pozmağa hüququm yoxdu. Bunun da öhdəsindən gələcəyik.- Sevindirici haldı ki, siz bura gələndən "bu mənim yığdığım komanda deyil, zaman lazımdı" kimi ifadələr işlətmirsiz....- Mənə qədər burda bir baş məşqçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. Həmkarımdı. Mən deyim ki, mənə qədər olan hamı günahkardı? Heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdı ki, insan olaraq qalasan. İndiyə qədər çalışdığım komandalarda həmişə nəticə olub.- "Qarabağ"la təxirə salınmış matçın mayda keçirilməsinə necə reaksiya verəcəksiz? Çünki "Qarabağ"ı apreldə sıx qrafik gözləyir.- Bu qərarı bildiyim qədər PFL verir. Bizə nə vaxt deyilsə, oynamağa hazırıq. Bizə hansısa tarix deyilsə, öz təklifimizi deyəcəyik. Hər iki komanda tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. Mənim üçün çox maraqlı oyundu. Güclü komandaya qarşı oynamaq maraqlıdı. "Turan Tovuz" çox güclü komandadı, üçüncü yerdədi. Futbolçulara dedim ki, özümüzü yoxlayaq ki, o mərhələyə gəlmək üçün nələr edək. Həyat bununla bitmir. Yolumuza davam edəcəyik. Növbəti oyunda qalib gəlməyə çalışacağıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
8
icma.az

9Sources